- Offside
- 17:03 29.03.2026
Azərbaycanın bədii gimnastı İlona Zeynalova Portuqaliyanın Portimao şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, fərdi proqramda çıxış edəcək idmançı məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında mübarizə aparacaq.
Turnirdə azərbaycanlı hakimlərdən ədaləti Aleksandra Reyş qoruyacaq.
“Challenge” seriyasına aid Dünya Kuboku mayın 10-12-də baş tutacaq.