- Offside
- 23:35 20.09.2024
Braziliyanın “Amazonas” klubunun hücumçusu Co keçmiş həyat yoldaşına aliment ödəmədiyi üçün polis tərəfindən həbs edilib.
90deqiqe.Az xəbər verir ki, 37 yaşlı forvard mayın 6-da Kampinas şəhərində ölkə çempionatının ikinci güclü divizionunun “Ponte Preta” komandası ilə səfər matçından əvvəl saxlanılıb.
“Həbs orderi Bahia ştatının şəhərlərindən birində kifayət qədər kiçik borcuna görə verilib. Mayın 7-də ona maaş verilməlidir, ümid edirik ki, o, azadlığa buraxılacaq”, - deyə klubun xidmətlərinə müraciət edən vəkil Artur Eugenio Matias bildirib.
Co 2006-2008-ci illərdə ÇSKA-da çıxış edib. "Qırmızı-göylər"in heyətində braziliyalı RPL-də 53 oyun keçirib və 30 qol vurub. Co Rusiya çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. 2008-ci ildə Co İngiltərənin "Mançester Siti" klubu ilə müqavilə imzalayıb. Hücumçu “Everton”, “Qalatasaray”, Braziliyanın “Korintians”, “İnternasional”, “Atletiko Mineyro” və “Seara”, BƏƏ-nin “Əl-Şabab”, Yaponiyanın “Naqoya Qrampus”, Çinin “Janqsu Sunin”, Səudiyyə Ərəbistanının “Əl-Cəbəlayn” kimi klublarında çıxış edib.