19 may 2024. Bazar günü

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb


  • Offside
  • 13:40 08.05.2024
  • Oxunma sayı: 88
Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qızıl medal uğrunda mübarizə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski arasında gedib. Duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli M.Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medal sevinci yaşayıb. X. Vanq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Fransalı Klemen Besua isə 25 dəqiq atışla bürünc mükafatın sahibi olub.

Mübarizə başa çatdıqdan sonra M. Podraski qələbə təəssüratlarını bölüşüb: “Bu, Bakıda əldə etdiyim ilk medaldır. Təbii ki, sevinirəm. Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm. Bugünkü finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, uğurumda təcrübə böyük rol oynadı. Həm şəxsim, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi”.

O, Bakı Atıcılıq Mərkəzində yaradılan şəraitdən də bəhs edib: “Atəş meydanları haqqında ən xoş sözləri deyə bilərəm. Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır. Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir”.

Qeyd edək ki, Dünya Kubokuna mayın 12-də yekun vurulacaq.







Offside

Messi, Maradona, di Stefano...
  • Offside
  • 18:04 19.05.2024
Messi, Maradona, di Stefano...