20 may 2024. Bazar ertəsi

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər


  • Offside
  • 19:59 08.05.2024
  • Oxunma sayı: 47
Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilib.

90deqiqe.Az ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın yeniyetmə qızlardan və oğlanlardan ibarət cüdoçuları ilə yanaşı ümumilikdə Fransa, Yunanıstan, Qırğızıstan, Sloveniya, Ukrayna, Özbəkistan, Serbiya, Qazaxıstan və fərdi neytral idmançılar olmaqla 200-ə yaxın idmançı iştirak edib.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, həmçinin yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edib.

Təlim-məşq toplanışı iyunun 27-dən, 30-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa Çempionatına hazırlıq məqsədi daşıyıb.







Offside

Yunanıstan çempionu məlum oldu
  • Offside
  • 00:46 20.05.2024
Yunanıstan çempionu məlum oldu
Messi, Maradona, di Stefano...
  • Offside
  • 18:04 19.05.2024
Messi, Maradona, di Stefano...