27 iyul 2024. Şənbə

Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir


  • Offside
  • 10:47 09.05.2024
  • Oxunma sayı: 72
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir

Azərbaycan Həndbol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan birinciliyinin daha bir zona yarışına bu gün start veriləcək.

90deqiqe.Az-ın məlumatına görə, Şirvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə yerli həndbolçularla yanaşı, Gəncə, Mingəçevir, Göygöl, Tovuz və Şəkini təmsil edən 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı qızlar mübarizə aparacaqlar.

Yarış saat 11:00-da başlayacaq.

Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.







Offside