- Offside
- 16:31 10.11.2024
"Əl-Hilal"ın hücumçusu Neymar səhhəti ilə bağlı danışıb.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalı forvard hazırda özünü yaxşı hiss etdiyini və meydana qayıtmaq üçün səbirsizləndiyini bildirib.
"Mən yaxşıyam. Meydana qayıtmaq üçün səbirsizlənirəm. Azarkeşlər sadəcə inanılmazdır. Təəssüf ki, onlara layiq olduqları xoşbəxtliyi yaşada bilmədim, amma əmin ola bilərsiniz ki, biz gələn mövsüm çox əylənəcəyik”
Xatırladaq ki, braziliyalı 2023-cü ilin oktyabrında ciddi zədə almışdı.
Hücumçu ötən yay Fransanın PSJ-dən "Əl-Hilal"a keçib. O vaxtdan bəri o, bütün turnirlərdə beş matçda iştirak edib, bir qol və üç məhsuldar ötürmə edib.