19 may 2024. Bazar günü

Azərbaycanın qazi parakarateçiləri ilk dəfə Avropa çempionatında qızıl və gümüş medallar qazanıblar


  • Offside
  • 16:27 12.05.2024
  • Oxunma sayı: 60
Azərbaycanın qazi parakarateçiləri ilk dəfə Avropa çempionatında qızıl və gümüş medallar qazanıblar

Azərbaycanın qazi parakarateçiləri tarixi ilkə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, əlil arabasında cıxış edən Birinci Qarabağ müharibəsi qazisi Eldar Əhmədov Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada Dövlət Himnimizi səsləndirib.

Digər parakarateçimiz, əlil arabasında çıxış edən Vətən müharibəsi qazisi Vidadi Əhmədov isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Beləliklə, Avropa çempionatları tarixində ilk dəfə olaraq Azərbaycan qaziləri fəxri kürsünün ilk iki pilləsində qərarlaşıblar.

Bundan əlavə görmə qabiliyyəti zəif olan qadınlar arasında Emilya Mitlinova, görmə qabiliyyəti zəif olan kişilər arasında isə Nihat Məmmədzadə gümüş medal qazanıblar.

Qeyd edək ki, parakarate üzrə yığma komandamızın baş məşqçisi Rənad Əliyevdir. Komandamız yarışa AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıblar.







Offside