24 noyabr 2024. Bazar günü

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb


  • Offside
  • 16:30 12.05.2024
  • Oxunma sayı: 101
Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarşışında bürünc medala sahib olublar.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Elcan Hacıyev Eldar Allahverdiyevə (fərdi neytral idmançılar) , Vüqar Talıbov (hər ikisi 90 kq) isə serbiyalı idmançı Nemanya Macdova qalib gələrək üçüncü yerə sahib çıxıblar.

Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.

Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunub.







Offside