27 iyul 2024. Şənbə

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular bəlli oldu


  • Offside
  • 11:51 14.05.2024
  • Oxunma sayı: 70
Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular bəlli oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabida keçiriləcək cüdo üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycanın cüdo millisi 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.

Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədəli olduqlarına görə, yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.

Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət millini çalışdıran Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Qadınlar

48 kq.
Leyla Əliyeva

57 kq.
Acelya Toprak

Kişilər

60 kq.
Balabəy Ağayev
Turan Bayramov

66 kq.
Yaşar Nəcəfov
Kamran Süleymanov

73 kq.
Hidayət Heydərov

81 kq.
Zelim Tçkayev

90 kq.
Elcan Hacıyev
Vüqar Talıbov

100 kq.
Zelim Kotsoyev

Qeyd edək ki, dünya çempionatı 19-23 may aralığında gerçəkləşəcək.







Offside