21 sentyabr 2024. Şənbə

Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib


  • Offside
  • 11:52 14.05.2024
  • Oxunma sayı: 77
Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib

Azərbaycan Voleybol Federasiyası (AVF) Tovuz Regional Voleybol Klubunda təlim-məşq toplanışı təşkil edib.

AVF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 12-14-də Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

"Tovuz" klubunun 40-a yaxın qız üzvü məşqlərə cəlb olunub. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilib. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, növbəti təlim-məşq toplanışı "Gəncə" klubunun idmançıları üçün Gəncədə təşkil olunacaq. Bu məşqlər mayın 15-17-si aralığında keçiriləcək.







Offside