22 oktyabr 2024. Çərşənbə axşamı

Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub


  • Offside
  • 12:30 15.05.2024
  • Oxunma sayı: 92
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

11-13 may tarixlərində Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, kişilərin mübarizəsində Orxan Qubatov birinci yeri tutub.

Ruslan Əmiraslanov ikinci, Yəhya Məmmədov və Dmitri Neçay üçüncü pillədə qərarlaşıblar.

Qadınlarda isə ölkə çempion adını Zəhra Abbasova qazanıb. Mina Nəsirova ikinci, Sudabəxanım İsmayılova ilə Anastasiya Kononova üçüncü olublar.







Offside