27 iyul 2024. Şənbə

MLS-də ən çox qazanan futbolçular açıqlandı


  • Offside
  • 10:29 17.05.2024
  • Oxunma sayı: 93
MLS-də ən çox qazanan futbolçular açıqlandı

MLS-də ən çox maaş alan futbolçular açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, siyahıya “İnter Mayami”nin hücumçusu Lionel Messi başçılıq edir. 36 yaşlı argentinalının maaşı 12 milyon dollardır.

İkinci yeri Messinin komanda yoldaşı, yarımmüdafiəçi Serxio Buskets tutub. İspan futbolçunun maaşı 8,5 milyondur.

İlk üçlüyü “Toronto”nun hücumçusu Lorenzo İnsinye tamamlayıb. Onun maaşı illik 7,5 milyondur.

Xatırladaq ki, Messi ötən yaydan ABŞ-da çıxış edir. Argentinalının "İnter Mayami" ilə əmək müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.







Offside