24 noyabr 2024. Bazar günü

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı


  • Offside
  • 16:35 17.05.2024
  • Oxunma sayı: 95
Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, yığma təşkilatçı ölkənin ROPSTTM klubu ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin 39:31 (20:18) hesablı qələbəsi ilə yekunlaşıb. Yığma ötən gün Özbəkistanın OKMK klubunu məğlub etmişdi – 30:28 (18:13).

Mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır. Yığmamız A qrupunda növbəti matçını Qazaxıstanın ALMATA REGİON klubuna qarşı keçirəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.







Offside