27 iyul 2024. Şənbə

Gənc cüdoçular Avropa Kubokunda iştirak edəcək


  • Offside
  • 17:48 17.05.2024
  • Oxunma sayı: 72
Gənc cüdoçular Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, cüdoçulara gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Ö‌lkəmiz yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Daha sonra onlar mayın 20-22-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

60 kq

Əli Hacıyev
Murad Muradlı

66 kq

Mehdi Cəfərov
İslam Rəhimov
Məhəmməd Musayev

73 kq

Aydın Rzayev
Əbil Yusubov

81 kq

Süleyman Şükürov
Əli Hacızadə

90 kq

Davud Namazlı
Tuncay Şamil

100 kq

Əjdər Bağırov

+100 kq

Kənan Nəsibov
İlkin Baxşəliyev

Qeyd edək ki, Avropa Kuboku mayın 18-19-da keçiriləcək. Turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək.







Offside