- Offside
- 20:58 07.02.2026
Azərbaycanın qadın voleybol millisi Qızıl Avropa Liqasında ilk oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşıb. Görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi ikinci görüşünü mayın 18-də saat 15:00-da Slovakiya ilə qarşılaşacaq.