12 iyun 2024. Çərşənbə

Messi, Maradona, di Stefano...


  • Offside
  • 18:04 19.05.2024
  • Oxunma sayı: 103
Messi, Maradona, di Stefano...

"Four Four Two" nəşri Argentinadan Avropada çıxış etmiş futbolçuların reytinqini tərtib ediblər.

90deqiqe.Az xəbər verir ki, siyahıya “Barselona”nın və PSJ-nin sabiq futbolçusu Lionel Messi başçılıq edir.

Hazırda argentinalı ulduz "İnter Mayami"də çıxış edir.

İkinci yerdə "Barselona", "Napoli" və "Sevilya"da oynamış Dieqo Maradona qərarlaşıb.

Maradona 2020-ci ilin noyabrında vəfat edib.

Üçüncü yeri bir vaxtlar "Real Madrid" forması ilə parlayan əfsanəvi Alfredo di Stefano tutub.

İlk 10-luqda daha sonra Qabriel Batistuta, Serxio Aquero, Xavyer Zanetti, Dieqo Simeone, Fernando Redondo, Angel di Maria və Xavyer Maskerano yer alıb.







Offside