8 sentyabr 2024. Bazar günü

Yunanıstan çempionu məlum oldu


  • Offside
  • 00:46 20.05.2024
  • Oxunma sayı: 84
Yunanıstan çempionu məlum oldu

Yunanıstan çempionatının qalibi müəyyənləşib. 

90deqiqe.Az-ın məlumatına görə, PAOK səfərdə "Aris"ə 2:1 hesabıyla qalib gələrək, qızıl medala sahib olub.

Bu, PAOK-un dördüncü tituludur və 2018/2019 mövsümündən sonra ilk tituludur.

Yunanıstan çempionatında PAOK 80 xal qazanıb. AEK ikinci yerdədir. Afina klubu da öz növbəsində 78 xal toplayıb. “Olimpiakos” 74 xalla üçüncü yeri tutub.

Yunanıstan çempionatında bu mövsüm PAOK-un yarımmüdafiəçisi Maqomed Ozdoyev 34 matçda iştirak edib. O, altı qol vurub və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, 31 yaşlı Maqomed Ozdoyev 2023-cü ilin yayından Yunanıstan klubunda çıxış edir. Onun PAOK ilə hazırkı əmək müqaviləsi gələn ilin iyun ayına qədərdir.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda