- Offside
- 16:31 10.11.2024
Ukraynalı boksçu Aleksandr Usik növbəti iki həftə ərzində Beynəlxalq Boks Federasiyasının (IBF) kəmərindən və onunla birlikdə ağır çəkidə mütləq dünya çempionu titulundan məhrum olacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Maykl Benson sosial şəbəkə hesabında bildirib.
Bildirilir ki, buna səbəb son qarşılaşmada hakimin səhv qərar verməsi olub. Usikin Tayson Fyuri ilə revanş oyununa hazırlaşacağı gözlənilir.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanında Usik britaniyalı Tayson Fyuri ilə döyüşdə qalib gələrək ağır çəkidə mütləq dünya çempionu olub. Döyüş 12 raund davam edib və hakimin düzgün qərar verməməsi səbəbindən ukraynalı döyüşçü qələbə qazanıb.