- Offside
- 17:18 23.11.2024
Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı İdman Sarayındakı tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin üzvü Karl Martin Ditman iştirak ediblər.
İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Namiq Əliyev çıxış edərək bir ay əvvəl Bakıda Avropa Olimpiya Təsnifat turnirinin gerçəkləşdiyini xatırladıb: "Daha sonra İstanbuldakı yarışda da uğurla mübarizə apardıq. U-23 Avropa çempionatı da bizim üçün önəmli yarışdır. Qonaqları salamlayıram, idmançılara uğurlar arzulayıram. Bir həftə maraqlı qarşılaşmalar izləyəcəyik".
Karl Martin Ditmanın Namiq Əliyevə plaket təqdim etməsindən sonra açılış mərasimi bədii hissə ilə davam edib.
Qeyd edək ki, bu gün start götürən yarış mayın 26-da başa çatacaq.