16 iyun 2024. Bazar günü

Mbappe Makrona qonaqlıq verdi


  • Offside
  • 09:26 21.05.2024
  • Oxunma sayı: 58
Mbappe Makrona qonaqlıq verdi

“PSJ”nin hücumçusu Kilian Mbappe komandasından ayrılması münasibətilə Parisin mərkəzində 250 nəfərlik vida yeməyi təşkil edib.

90deqiqe.Az xəbər verir ki, dəvət edilən qonaqlar arasında Fransa prezidenti Emmanuel Makron da olub.

2024-cü ilin yayında 25 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi başa çatır və o, azad agent kimi “Real Madrid”ə keçəcək. Hücumçu “Kral” klubunda ildə 15 milyon avro qazanacaq. Bu halda oyunçunun 150 milyon avro məbləğində imza bonusu almaq hüququ var.

Bu mövsüm Mbappe “PSJ”nin heyətində 47 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. Liqa 1-in nəticələrinə görə, hücumçu 27 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardiri olub.







Offside