27 iyul 2024. Şənbə

U-23 Avropa çempionatı: 2 güləşçimiz finalda!


  • Offside
  • 10:13 21.05.2024
  • Oxunma sayı: 76
U-23 Avropa çempionatı: 2 güləşçimiz finalda!

Xəbər verdiyimiz kimi, dünən 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının açılış mərasimi baş tutub.

90deqiqe.Az xəbər verir ki, ilk yarış günündə mübarizə aparan güləşçilərimizdən Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) finala vəsiqə qazanıb.

Finala yüksələn güləşçilərimiz bu gün qızıl medal uğrunda mübarizə aparacaqlar. Mübarizəni davam etdirən Rəşad Məmmədov bürünc medal uğrunda İvan Stefanski, Laçın Vəliyev isə təsəlliverici görüşdə Patrik Qordan ilə qarşılaşacaq.

Qeyd edək ki, qitə birinciliyi mayın 26-dək davam edəcək. 







Offside