- Offside
- 17:18 23.11.2024
Azərbaycanda ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə Azərbaycan Atçılıq Federasiyasının rəsmiləri ilə yanaşı gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
ARAF-ın prezidenti Elçin Quliyev Qarabağ atlarının iştirakı ilə keçirilən bu turnirin Azərbaycanda çövkənin gənclər arasında təbliğatında böyük rol oynayacağını bildirib.
F.Qayıbov çıxışında idmançılara uğurlar arzulayıb. O, Binə Atçılıq Mərkəzinin yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsinin çox sevindirici olduğunu diqqətə çatdırıb. Sonra yarış iştirakçılarının paradı nümayiş olunub. İdmançılar musiqi sədaları altında tribunaların qarşısından keçib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ardınca müxtəlif uşaq və yeniyetmə qruplarının rəqs və çalğı ansamblı öz bacarıqlarını nümayiş etdirib.