27 iyul 2024. Şənbə

Rafael Nadaldan qələbə


  • Offside
  • 18:56 21.05.2024
  • Oxunma sayı: 56
Rafael Nadaldan qələbə

Rafael Nadal "Rolan Qarros"da Sebastyan Kordaya qarşı məşqdə qalib gəlib. 

90deqiqe.Az-ın məlumatına görə, 22 dəfə Böyük Dəbilqə çempionu və keçmiş dünya birincisi Rafael Nadal "Rolan Qarros" 2024-ə hazırlıqlarını davam etdirir və artıq Parisdədir. 

İspaniyalı tennis əfsanəsi turnirin bir hissəsi hesab olunan və mayın 21-də keçirilən məşqdə dünya reytinqində 28-ci yerdə olan, 23 yaşlı amerikalı Sebastyan Kordanı 6:3 hesabı ilə məğlub etdi. 

Kişilər arasında "Rolan Qarros" 2024 turniri mayın 26-dan iyunun 9-dək keçiriləcək. Turnirin hazırkı çempionu dünya reytinqində birinci yerdə olan serbiyalı Novak Cokoviçdir.







Offside