- Offside
- 17:18 23.11.2024
Güləş üzrə U-23 Avropa çempionatında milli komandamızın üzvləri daha 2 medal qazanıb.
90deqiqe.Az məlumat verir ki, Xasay Həsənli finalda türkiyəli Yüksel Sarıçiçekə tam üstünlüklə (10:1) qalib gələrək, Avropa çempionu oldu.
Bürünc medal uğrunda mübarizə aparan Laçın Vəliyev belaruslu rəqibini 4:1 hesabı ilə məğlub edərək, komandamızın aktivinə daha bir medal yazdı.
Həmçinin, bu gün Ziya Babaşov qızıl, Rəşad Məmmədov isə bürünc medal qazanıb.