21 sentyabr 2024. Şənbə

Nadal tennisdən gedir?


  • Offside
  • 10:43 22.05.2024
  • Oxunma sayı: 55
Nadal tennisdən gedir?

22 qat Böyük Dəbilqə çempionu ispan tennisçi Rafael Nadal 2025-ci ildə də tennisdə karyerasını davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Clay Tenis” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Nadalın müxtəlif zədələr səbəbindən bu il yaxşı oynaya bilməməsi onun karyerasını davam etdirməsi ilə bağlı suallar yaradıb. Buna baxmayaraq ispaniyalı tennisçi 2025-ci ildə də oynamağa davam etmək qərarını verməyə yaxınlaşır. 

Xatırladaq ki, bu mövsüm Nadal 11 rəsmi oyun keçirib, onlardan 7-də qalib gəlib. Rafael Brisbendə (Avstraliya) Cordan Tompson, Barselonada (İspaniya) Aleks de Minaur, Madriddə (İspaniya) Jiri Legeçka və Romada (İtaliya) Hubert Hurkaçsa məğlub olub. Bundan əvvəl Nadal cari mövsümün sonunda peşəkar karyerasını bitirməyi planlaşdırdığını bildirmişdi.







Offside