16 iyun 2024. Bazar günü

Romario: "İndiki oyunçular çox axmaqdır, indi 2000-dən çox qol vurardım"


  • Offside
  • 10:48 22.05.2024
  • Oxunma sayı: 55
Romario: "İndiki oyunçular çox axmaqdır, indi 2000-dən çox qol vurardım"

Braziliya millisinin sabiq hücumçusu Romario müasir futbolçuları tənqid edib.

Bu barədə 90deqiqe.Az “Mundo Deportivo”ya istinadən xəbər verir.

“İndi mən daha çox uğur qazanardım, çünki indiki oyunçu nəsli çox axmaqdır. Onlar meydançada çox qaçırlar. Mənim vaxtımda yaxşı fiziki hazırlıqlı yanaşı, intellekt və texnika ön plana çıxırdı. Əminəm ki, indi 2000-dən çox qol vurardım”, - deyə əfsanəvi braziliyalı hücumçu bildirib.

Romario futbolçu karyerası ərzində 300 oyun keçirib, 225 qol vurub və 36 məhsuldar ötürmə edib.







Offside