- Offside
- 17:18 23.11.2024
Rusiyanın məşhur xokkeyçisi Aleksandr Oveçkinin Rusiyada bank hesabı 49 min rubl borcuna görə bağlanıb.
90deqiqe.Az “Mash”a istinadən xəbər verir.
“Rusiyada onun adına beynəlxalq xokkey akademiyası, eləcə də məhsulların topdan satışı ilə məşğul olan “Russian Machine” MMC-si var. Onun şirkətinin 49 093 rubl vergi borcu var. Şirkət geyim, idman mallarının istehsalı və satışı ilə məşğuldur.Yoxlamadan sonra Federal Vergi Xidməti Oveçkinin hesabını bloklayıb və bu barədə banka məlumat göndərib”, - məlumatda deyilir.
38 yaşlı Oveçkin “Vaşinqton Kapitals”ın heyətində 79 oyun keçirib. O, 31 qol vurub və 34 məhsuldar ötürmə edib. Ümumilikdə 65 xal toplayıb.