30 noyabr 2024. Şənbə

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi olub


  • Offside
  • 21:08 22.05.2024
  • Oxunma sayı: 101
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi olub

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, U-23 millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub.

Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı.







Offside