16 iyun 2024. Bazar günü

Azərbaycanlı idmançı Dünya Atletikasının gümüş səviyyəli yarışında qızıl medal qazanıb


  • Offside
  • 23:00 22.05.2024
  • Oxunma sayı: 69
Azərbaycanlı idmançı Dünya Atletikasının gümüş səviyyəli yarışında qızıl medal qazanıb

Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunlarında Azərbaycan idmançısı qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan növbəti dəfə uğurlu çıxışla yadda qalıb.

Atletimiz 72.47 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Skidan bir neçə gün öncə Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında da qızıl medal qazanmışdı.







Offside