16 iyun 2024. Bazar günü

Məşhur basketbolçu unikal rekorda İMZA ATDI


  • Offside
  • 11:05 23.05.2024
  • Oxunma sayı: 39
Məşhur basketbolçu unikal rekorda İMZA ATDI

Məşhur Milli Basketbol Assosiasiyasının (NBA) oyunçusu və "Los Angeles Lakers" komandasının lideri Lebron Ceyms (LeBron Ramone James) unikal statistik rekorda imza atıb.

90deqiqe.Az xarici mediaya istinadən xəbər verir ki, Ceyms NBA-nın bütün ulduzlar komandasında iştirak edən ən gənc və ən yaşlı oyunçu olub.

Belə ki, o, ilk dəfə 2005-ci ildə NBA "All-Star" komandasının üzvü kimi kortda çıxış edib. Onda Ceymsin 20 yaşı var idi.
Lebron sonuncu dəfə bu ilin fevralında "All-Star" oyununda çıxış edib.

Xatırladaq ki, Lebron Ceyms 2018-ci ildən Los-Ancelesdə oynayır. "Lakers" ilə birlikdə 2020-ci ildə NBA çempionu olub. "Lakers" ilə tituldan əlavə, o, 2012 və 2013-cü illərdə "Mayami Hit"də, həmçinin 2016-cı ildə "Cleveland Cavaliers"ə geri döndükdə çempionluqlar qazanıb.







Offside