16 iyun 2024. Bazar günü

Aqşin Əlizadə Şarja turnirinin qalibi oldu


  • Offside
  • 11:09 23.05.2024
  • Oxunma sayı: 43
Aqşin Əlizadə Şarja turnirinin qalibi oldu

Azərbaycan şahmatçısı Aqşin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən yarışda qalib olub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, o, festivalın “Futures” turnirində birinci yeri tutub.

Yekunda 7,5 xal toplayan Əlizadə əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.

Şarjadakı “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur. O, 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.







Offside