- Offside
- 16:00 27.07.2024
Qızıl Avropa Liqasında mübarizə aparan Azərbaycanın voleybol üzrə yığma komandaları sabah növbəti oyunlarına çıxacaqlar.
90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki millimiz ikinci turun oyunlarını səfərdə keçirəcək.
Qadınlardan ibarət yığmamız Rumıniya və İsveç, kişi voleybolçularımız isə Belçika və Şimali Makedoniya kollektivləri ilə qarşılaşacaq.
Qeyd edək ki, həm qadınların, həm də kişilərin yarışında 2-ci tur 24-26 may tarixlərində baş tutacaq.
Qadınlar
II tur (Rumıniya)
24 may
17:00 Azərbaycan - Rumıniya
25 may
17:00 İsveç- Azərbaycan
Kişilər
II tur (Belçika)
24 may
17:30 Azərbaycan - Belçika
25 may
17:30 Şimali Makedoniya - Azərbaycan