16 iyun 2024. Bazar günü

İkinci "qızıl"ın bir addımlığında - Yenilənir


  • Offside
  • 17:18 23.05.2024
  • Oxunma sayı: 44
İkinci "qızıl"ın bir addımlığında   - Yenilənir

Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Dünya çempionatı davam edir.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçisi   Zelim Kotsoyev finala çıxıb.  - 100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz tatamidə rəqiblərinə şans tanımayıb. Bu vaxta qədər Kotsoyev, Dünya çempionatlarında 2 bürünc medal əldə edib.

İdmançımız bu gün finalda qalib gələrsə, cüdo millimiz ilk dəfə dünya çempionatında 2 qızıl medal qazanmış olacaq.  Xatırladaq ki, bir neçə gün əvvəl Hidayət Heydərov "Dünya çempionu" titulunu qazanıb. 

Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə 18:00-da başlayacaq. 







Offside