16 iyun 2024. Bazar günü

DİN-in İdman Cəmiyyətindən yüksək göstərici


  • Offside
  • 17:45 23.05.2024
  • Oxunma sayı: 89
DİN-in İdman Cəmiyyətindən yüksək göstərici

Türkiyənin İstanbul şəhərində WAKO üzrə dünya kuboku başa çatıb.

90deqiqe.Az xəbər verir ki, 42 ölkədən 3001 kikboksçunun iştirak etdiyi yarışda Azərbaycan millisi 32 idmançı, 6 hakim və 8 məşqçi ilə təmsil olunub.

Dünya kubokunda 15 qızıl, 8 gümüş və 7 bürünc medal qazanan yığmamız bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

Dünya kubokunda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq bölməsinin yetirmələri 4 qızıl, 2 bürünc medal əldə edib. Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin rəisi polis polkovnik-leytenantı Mövlud Mirəliyev əldə edilən nəticələrlə bağlı cəmiyyətin idmançılarını və kikboksinq bölməsinin, yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi, Əməkdar Məşqçi Hikmət Hacıyevi qəbul edib və onlara uğurlar arzu edib. Hikmət Hacıyev isə öz növbəsində Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinə yaradılan şəraitə görə öz təşəkkürünü bildirib.







Offside