16 iyun 2024. Bazar günü

"Klivlend Kavalers"də ayrılıq


  • Offside
  • 21:57 23.05.2024
  • Oxunma sayı: 34
"Klivlend Kavalers"də ayrılıq

NBA komandası "Klivlend Kavalers"də baş məşqçi JB Bickerstaff dönəmi sona çatıb. 

90deqiqe.Az xəbər verir ki, klub son dörd  mövsümdə komandanın başında olan JB Bickerstaff ilə yollarını ayırdığını elan edib. 

Klivlend şəhər təmsilçisinə 2020-ci ildə baş məşqçi təyin edilən 45 yaşlı amerikalı mütəxəssis, komandası ilə 170 qələbə və 159 məğlubiyyət yaşayıb. Klub son iki mövsümdə play-offlara yüksəlsə də, keçən mövsüm ilk turda, bu mövsüm isə konfrans yarımfinalında mübarizədən kənarlaşdırılıb. 







Offside