16 iyun 2024. Bazar günü

Cokoviç: "Nadal və Zverev arasındakı qarşılaşma həqiqi bir tamaşa olacaq"


  • Offside
  • 23:25 23.05.2024
  • Oxunma sayı: 42
Cokoviç: "Nadal və Zverev arasındakı qarşılaşma həqiqi bir tamaşa olacaq"

24 dəfə "Böyük Dəbilqə" çempionu olan, dünyanın bir nömrəli tennisçisi hesab edilən Novak Cokoviç 2024 - Fransa Açıq Tennis Çempionatının püşkatma mərasimindən danışıb.

90deqiqe.Az xəbər verir ki, Serb, turnirin 1/64 finalında baş tutacaq Rafael Nadal və Almaniyadan olan dünya dördüncüsü Aleksander Zverev arasında olan qarşılaşmanı xüsusi vurğulayıb:

"Püşkatmaya baxdım. Həqiqi bir tamaşa olacaq. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Zverev, Romada qələbə qazandıqdan sonra əla formadadır. Biz Rafa ilə görüşəcəyik, buna öyrəşmişik. Bu "Rolan Qarros"dur, ona görə də nələr baş verəcəyini görəcəyik"- Cokoviç verdiyi müsahibədə deyib. 

2024-cü ildə kişilər arasında keçiriləcək "Rolan Qarros"  turniri 26 may - 9 iyun tarixləri arasında baş tutacaq. 







Offside