16 iyun 2024. Bazar günü

Mbappe 18 milyon avroya malikanə alıb


  • Offside
  • 00:10 24.05.2024
  • Oxunma sayı: 56
Mbappe 18 milyon avroya malikanə alıb

PSJ-nin hücumçusu Kilian Mbappe Madridin La Moraleja rayonunda 18 milyon avroya malikanə alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "La Razon" məlumat yayıb.

Mənbənin məlumatına görə, fransalı futbolçunun qonşuları “Los Blancos”un keçmiş müdafiəçisi Serxio Ramos, eləcə də məşhur amerikalı aktyor Riçard Gere olacaq.

Xatırladaq ki, mayın 10-da Mbappe cari mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlamışdı. Bundan əvvəl mətbuatda Mbappenin artıq "Real Madrid"lə 2029-cu ilə qədər qüvvədə olan müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Öz növbəsində Los Blancos-un prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər korpusuna Mbappenin "Real Madrid"in yeni oyunçusu olacağı barədə məlumat verib.







Offside