- Offside
- 17:18 23.11.2024
Bu gün Azərbaycan Basketbol Liqasının final mərhələsinin 4-cü oyunu baş tutacaq. "Xəzri" və "Sabah" komandaları növbəti dəfə üz-üzə gələcəklər.
90deqiqe.Az xəbər verir ki, bu görüşdə kişi basketbolçular arasında Azərbaycan çempionu müəyyənləşə bilər. Son çempion "Sabah" qalib gələrsə, ardıcıl 3-cü qələbəsini qazanaraq qızıl medallara sahib olacaq. Debütant isə seriyanın ilk oyunundakı uğurunu təkrarlamaq və ümumi hesabı bərabərləşdirmək niyyətindədir.
Reqlamentə əsasən, seriyada 3 qələbə qazanmış komanda çempion olur. Odur ki, "Xəzri" istəyinə çatarsa, həlledici 5-ci oyun mayın 28-də keçiriləcək.
Final, 4-cü oyun2
4 may, 19:30.
"Xəzri" – "Sabah"
"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:2