- Offside
- 17:18 23.11.2024
Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı həyəcanla davam edir.
90deqiqe.Az Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirin beşinci günündə qadın güləşçilərin mübarizəsi sona çatacaq. Bu gün 5 çəki dərəcəsində medallar uğrunda qarşılaşmalar baş tutacaq və Azərbaycan millisinin 3 güləşçisi xalçaya çıxacaq. Onlardan ikisi qızıl, biri isə bürünc medal üçün mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan qadın güləşçiləri turnirin ilk günündə bir bürünc medal qazanıblar.