- Offside
- 17:18 23.11.2024
Azərbaycan millisinin boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 final çərçivəsində Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.
Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.