16 iyun 2024. Bazar günü

Zidanın oğlundan atasını sevindirəcək XƏBƏR


  • Offside
  • 10:57 24.05.2024
  • Oxunma sayı: 59
Zidanın oğlundan atasını sevindirəcək XƏBƏR

Əfsanəvi fransız futbolçu Zinəddin Zidan ikinci dəfə baba olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Zizou”nun oğlu Enzo sosial şəbəkə hesabında əkiz qız uşaqlarının olduğunu açıqlayıb. 

Qızlara Kaya və Culiya adı verilib. Bundan başqa cütlüyün Sia adlı bir qızı da var.

Qeyd edək ki, Zinəddin hazırda heç bir klubda məşqçi kimi fəaliyyət göstərmir. Onun son klubu "Real Madrid" olub. Fransız mütəxəssisin rəhbərliyi altında “kral” klubu ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 
Mətbuatda “Bavariya”nın Zidanla maraqlanması ilə bağlı xəbərlər yayılıb.







Offside