16 iyun 2024. Bazar günü

Latviyalı oyunçular oğurluq qurbanı olublar


  • Offside
  • 13:25 24.05.2024
  • Oxunma sayı: 47
Latviyalı oyunçular oğurluq qurbanı olublar

 Ostravada keçirilən Dünya Çempionatında Latviya xokkeyçiləri oğurluq qurbanı olublar.

90deqiqe.Az "Sport.cz"ya istinadən xəbər verir ki, onların  qaldıqları hoteldə soyğun hadisəsi baş verib. Bildirilir ki, yalnız Latviya komandası bu hadisədən təsirlənib.

Dünya Çempionatının təşkilat komitəsinin vitse-prezidenti İrina Şaşkova deyib: “Bu barədə danışmaq çətindir. Çünki iki ildən artıq bir müddətdir ki, təşkilat komandası yarışa ən kiçik detallara qədər hazırlaşıb və təhlükəsizliyi təmin etmək bizim əsas prioritetimiz olub. Hoteldə üç otaqda oğurluq olub: birindən 20 avro, digərindən 50 avro və üçüncüsündən yükləyici götürülüb. 

Təşkilatçılar hadisədən sonra Latviya komandasından üzr istəyib və polis ilə əməkdaşlıq edərək hadisəni araşdırırlar.

Xatırladaq ki, Latviya komandası B qrupunda beşinci yeri tutub və dünya çempionatının play-off mərhələsinə yüksəlməyib.







Offside