17 iyun 2024. Bazar ertəsi

Basketbol üzrə Azərbaycan çempionatı başa çatdı


  • Offside
  • 23:42 24.05.2024
  • Oxunma sayı: 67
Basketbol üzrə Azərbaycan çempionatı başa çatdı

Bu gün keçirilən "Xəzri" - "Sabah" qarşılaşmasından sonra çempionun adına aydınlıq gəlib.

90deqiqe.Az xəbər verir ki, oyun seriyasında keçirilən 4-cü qarşılaşmadan "Sabah" qalib ayrılaraq, çempion kubokuna yiyələnib.

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan çempionatının qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Ardıcıl olaraq  ikinci dəfə ölkə çempionu olan “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku, ikinci yeri tutan "Xəzri"yə gümüş, üçüncü yerin sahibi "NTD-İndiqo"ya isə bürünc medallar verilib.

Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF-nin nümayəndələri təqdim ediblər.

Həmçinin, mövsümün ən yaxşıları da mükafata layiq görülüb. Mövsümün "ən yaxşı oyunçusu" nominasiyasında "Sabah"ın basketbolçusu Şirzad Şirzadov, "ən yaxşı baş məşqçisi"ndə isə "NTD-İndiqo"nun çalışdırıcısı Tahir Baxşıyev qalib olub. 

Sonda “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.







Offside