- Offside
- 17:18 23.11.2024
Dünən Berlində 2023/2024 Basketbol üzrə Avroliqanın yarımfinal oyunları keçirilib.
90deqiqe.Az xəbər verir ki, "Panatinaikos" "Fənərbağça" ilə matçda sona qədər üstünlüyünü qoruyub və 2011-ci ildən bəri ilk dəfə Avroliqanın finalına yüksəlib. Maraqlıdır ki, “Panatinaikos” 7 dəfə Avroliqanın finalında çıxış edib və bunun altısında qalib gəlib.
İkinci yarımfinalda “Real Madrid” və “Olimpiakos” üz-üzə gəlib və Madrid təmsilçisi görüşdən qalib ayrılıb. Bu, onların 21-ci Avroliqa finalı olacaq. Onlardan 11-də “Kral klubu” qalib gəlib. Son qələbə ötən mövsüm olub. Beləliklə, "Real Madrid" 1967-1968-ci illərdən sonra ilk dəfə ardıcıl iki Avroliqa çempionu ola bilər.
Üçüncü yer uğrunda görüş və Avroliqanın finalı mayın 26-da bazar günü keçiriləcək.
Basketbol üzrə Avropa Liqası
Yarımfinallar
"Panatinaikos" - "Fənərbaxça" 73:57
"Real Madrid" - "Olimpiakos" 87:76