17 iyun 2024. Bazar ertəsi

U-23 Avropa çempionatı: üç güləşçimiz yarımfinalda


  • Offside
  • 15:10 25.05.2024
  • Oxunma sayı: 66
U-23 Avropa çempionatı: üç güləşçimiz yarımfinalda

Bakıda davam edən güləş üzrə U-23 Avropa çempionatında bu gün növbəti görüşlər keçirilir. 

90deqiqe.Az Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün 5 çəki dərəcəsində təsnifat görüşləri baş tutub. Təmsilçilərimizdən Nürəddin Novruzov (61 kq), Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) yarımfinalda mübarizəni davam etdirirlər. 

Yarımfinal görüşləri 16:45 - də baş tutacaq.

Qeyd edək ki, 18:00-da başlayacaq final döyüşlərində 2 güləşçimiz xalçaya çıxacaq. 70 kq-da K.Heybətov və 79 kq-da A.Tsokayev qızıl medallar uğrunda yarışacaqlar. 







Offside