- Offside
- 17:18 23.11.2024
On dörd dəfə Fransa Açıq çempionu Rafael Nadal Parisdə keçirilən turnirdə, bu ilin onun üçün sonuncu olmayacağına işarə edib.
90deqiqe.Az "Reuters"ə istinadən xəbər verir ki, növbəti ay 38 yaşı tamam olacaq ispan tenisçi, dördüncü yeri tutan Aleksandr Zverevə qarşı çətin oyunöncəsi açıqlamalar verib.
Keçən il bud zədəsi səbəbindən turnirdə iştirak etməyən Nadal, 2024-cü ilin sonunda təqaüdə çıxmağı planladığını bildirmişdi. Ancaq sonra bu sözlərini təkrarlamaqdan imtina edib:
"100% bu mənim son "Rolan Qarros"um deyə bilmərəm, çünki gələcəyi proqnozlaşdıra bilmirəm," deyə o, mətbuat konfransında qeyd edib. Nadal tennis oynamaqdan zövq aldığını və sağlam olduğunu bildirib.
Nadal Avstraliya Açıq çempionatında əzələ problemi səbəbindən iştirak etməmişdi və bu ilki turnirə zədə problemləri ilə daxil olub. Ancaq hazırda özünü daha yaxşı hiss etdiyini və Zverevə qarşı oyun öncəsi nikbin olduğunu vurğulayıb.