17 iyun 2024. Bazar ertəsi

Gimnastikada növbəti Olimpiya lisenziyası


  • Offside
  • 11:11 26.05.2024
  • Oxunma sayı: 57
Gimnastikada növbəti Olimpiya lisenziyası

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

90deqiqe.Az xəbər verir ki, Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan təşkil olunan komanda, Budapeştdə keçirilən Avropa çempionatında buna nail olub.

Qrup hərəkətləri komandası həm beş halqa , həm də üç lent və iki topla çıxışda Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, bədii gimnastlarımızdan Zöhrə Ağamirova da fərdi yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanıb.







Offside