17 iyun 2024. Bazar ertəsi

Ceyson Tatumdan unikal nəticə


  • Offside
  • 12:10 26.05.2024
  • Oxunma sayı: 56
Ceyson Tatumdan unikal nəticə

Milli Basketbol Assosiasiyasında seriyanın növbəti oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, "İndiana Pacers" ilə qarşılaşan "Boston Seltiks"in hücumçusu Ceyson Tatum Şərq Konfransı Finalları seriyasının 3-cü oyununda 36 xal, 10 ribaund və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, basketbolçu NBA tarixində oxşar göstəricilərə malik ilk oyunçu olub. Heç kim eyni və ya daha çox təsir edici rəqəmlərə nail ola bilməyib.

Tatumun performansı Bostonun İndiana üzərində 3-0 qalib gəlməsinə kömək edib. "Seltiks"i üç il ərzində ikinci dəfə finala çıxmaqdan bir qələbə ayırır.

Nəzərinizə çatdıraq ki, NBA tarixində heç bir komanda 0:3 hesabı ilə uduzduqdan sonra qalib gəlməyib.

Növbəti qarşılaşma İndianapolisdə baş tutacaq.







Offside