30 noyabr 2024. Şənbə

Berlində yunan azarkeşlər arasında 12 nəfər xəsarət alıb


  • Offside
  • 16:55 26.05.2024
  • Oxunma sayı: 98
Berlində yunan azarkeşlər arasında 12 nəfər xəsarət alıb

Mayın 24-dən start götürən Avroliqanın Dördlər Finalı Berlində keçirilir.

90deqiqe.Az "Eurohoops"a istinadən xəbər verir ki, "Olimpiakos", "Panatinaikos", "Real Madrid" və "Fənərbaxça"nın iştirakı ilə keçirilən turnirdə mayın 26-da Yunanıstan klublarının azarkeşləri arasında dava olub, nəticədə 12 nəfər xəstəxanaya aparılıb.

Bildirilir ki, polis bir neçə nəfəri saxlayıb.  Xəstəxanaya yerləşdirilənlərdən bir nəfərin vəziyyəti ağırdır, iki nəfər isə ağır yaralanıb.

 Xatırladaq ki, “Fənərbağça” – “Panatinaikos” matçı öncəsi polisin iştirakı ilə azarkeşlər arasında da dava olub.  Bir sıra azarkeşlər də arenaya biletsiz girməyə cəhd ediblər.  Hadisə nəticəsində insanların stadiona çatmağa vaxtı olmadığı üçün ilk yarımfinal matçı 25 dəqiqə gecikib.







Offside