17 iyun 2024. Bazar ertəsi

Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib


  • Offside
  • 10:57 27.05.2024
  • Oxunma sayı: 40
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə qızlar üçün təlim-məşq toplanışına start verib.

AVF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesi Qax Olimpiya İdman Kompleksində təşkil olunub.

Məşqlərdə Oğuz Regional Voleybol Klubunun (RVK) 2012- 2014-cü il təvəllüdlü idmançıları iştirak edirlər.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 28-dək davam edəcək. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilir. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilir.

Qeyd edək ki, təcrübəli məşqçilərin iştirakı ilə bu cür təlim-məşq toplanışları digər RVK-larda da təşkil olunacaq.







Offside